Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib 

21:49 12.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.