Albaniyada parlament seçkiləri keçirilir

12:39 25.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Albaniyada Xalq Məclisinə (bir palatalı parlament) seçkilərdə səsvermə başlayıb.

Hafta.az-ın TASS-a istinadən verdiyi məlumata görə, yerli vaxtla 07: 00-da respublika ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 19: 00-da başa çatacaq.

Ölkənin 18 yaşdan yuxarı təxminən 3,6 milyon nəfər vətəndaşları aktiv və passiv seçki hüququna malikdirlər.