Ali Məhkəmədən “Lider”in əleyhinə qərar

17:20 17.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

 

Hafta.az-ın məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda şikayət araşdırılıb və məhkəmə qərarı elan edilib.

 

Məhkəmə şikayəti təmin etməyib. Məhkəmənin qərarı ilə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

 

Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.