Alimlər 45 min il əvvəl yaşamış qadının üzünü yenidən yaradıblar

14:30 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Flinders Universitetinin (Avstraliya) tədqiqatçıları müasir Çexiya Respublikasındakı mağarada kəllə sümüyünün yarığı tapılan qadının üzünü bərpa ediblər. İşin nəticələri OrtogOnLineMag jurnalında təqdim olunub.

Bu qadının 45 min il əvvəl Çexiyada yaşadığı bildirilir. Onun kəlləsi 1950-ci illərdə tapılıb, o, ikiyə bölünüb, ona görə də tədqiqatçılar qalıqların iki nəfərə aid olduğuna qərar veriblər. Bir neçə onillikdən sonra elm adamları qalıqların DNT ardıcıllığını apardılar, bunun bir nəfər olduğu ortaya çıxıb. Qeyd olunur ki, bunlar bu prosedurdan keçmiş ən qədim qalıqlardır.

Qadın genomunun təxminən 3%-i neandertal genlərindən ibarət idi. Bu, alimləri qadının neandertallarla qarışan insanların erkən nəslinə aid olduğunu düşünməyə vadar edib.

Qadının xarici görünüşünü yenidən qurmaq üçün müəlliflər onun kəllə sümüyünün KT-skanından, həmçinin kompüter modelləşdirmə texnologiyalarından istifadə ediblər.