Allergiya xəstəsinə peyvənd vuruldu, vəziyyəti ağırlaşdı -  Sabunçuda

12:56 11.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

9 avqust tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 11 nömrəli poliklinikada peyvənd olunan 27 yaşlı gəncin səhhəti pisləşib. Zərərçəkənin yaxınlarından hafta.az-a verilən məlumata görə, N.Xudiyev həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 11 nömrəli poliklinikaya gedərək “COVID-19”a qarşı peyvəndə olunmağı, lakin öncə yoxlanılmasını, analiz götürülməsini tələb edib:

“Nurlan Xudiyev məsləhət almaq üçün baş həkimə müracət etmək istəyib. Baş həkim yerində olmadığı üçün onu müdir müavininin otağında Aygün Bayramova qarşılayıb. Nurlan Xudiyev 7 müxtəlif allergiyasının olduğunu qeyd edib. Lakin ondan heç bir analiz götürülməyib və yoxlanış edilməyib, daha sonra isə peyvənd vurulub. Peyvənddən sonra əvvəlcə qolu keyləşən, sonradan halı pisləşən Nurlan 2 gündür halsız vəziyyətdə uzanır, tərpənə bilmir, ayaqları tutulub, nəfəs almaqda çətinlik çəkir və şiddətli başağrısı var. 2 dəfə təcili yardım çağırılıb. Onlar da gəlib baxıb, qeydlər götürüb gediblər. Vəziyyətlə bağlı poliklinikaqnın da xəbəri var”.

Şikayətin ardından sözügedən tibb müəsisəsi ilə əlaqə saxladıq. Bildirildi ki, əgər xəstənin allergiyası var idisə, gərək bununla bağlı sənəd təqdim edəydi.

İndi ailə Nurlanın sağlamlığına qovuşmasını və bu işdə səhlənkarlıq edən şəxslərə qarşı tədbir görülməsini tələb edir.