Alman filmi Netflix-də ilk yerini qoruyur

08:37 18.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix-in yeni alman trilleri “Brick” yayımlandıqdan bir həftə keçməmiş izlənmə cədvəllərində birinci yeri tutub.

Hafta.az-ın yazdığına görə, film cəmi iki gün ərzində bütün dünyada platformada birinci yerə çıxıb. Yayımlandığı ilk gündə 43 ölkədə liderlik edən “Brick”, iyulun 12-də bu rəqəmi 44-ə çatdırıb. Triller 36 ölkədə bir nömrəli olaraq qalır.

Film münasibətləri pozulmaq ərəfəsində olan Tim və Oliviyanın bir gecə öz mənzillərində oyanması ilə başlayır. Amma bu dəfə problem təkcə aralarındakı gərginlik deyil: Gecə vaxtı naməlum şəxs bütün mənzili qara kərpiclə hörür, onu xarici aləmdən təcrid edib. İndi pəncərədən qaçmaq və ya qapını açmaq mümkün deyil. Filmin 18 yaşdan kiçik tamaşaçılar üçün uyğun olmadığını bildirən Netflix, rəsmi açıqlamasında süjeti belə xülasə edir: “Gecədə sirli bir kərpic divarla əhatə olunmuş Tim və Olivia sağ-salamat qaçmaq üçün ehtiyatlı qonşuları ilə birləşməlidirlər”.

Tənqidçilərdən mənfi rəylər almasına baxmayaraq, film tez bir zamanda beynəlxalq fenomenə çevrilib. “FlixPatrol”un məlumatına görə, “Brick” Netflix-də 18,2 milyon baxışa çataraq onu dünyada ən çox baxılan filmə çevirib.

“Brick” filmi, “Rotten Tomatoes” icmal toplama saytında film tənqidçiləri tərəfindən cəmi 35 faiz bəyənmə reytinqinə sahib olduğu halda, trillerin tamaşaçı reytinqi 28 faizdir.

Filmdə Zak Snayderin “Army of the Dead” filmi ilə tanınan Mattias Şveyghöfer və “Army of  Thieves” filminin ulduzu Rubi O. Fi çəkilib. Onlara Frederik Lau, Salber Li Uilyams və Aksel Verner qoşulur. Bəzi izləyicilər “Brick”i “uğurlu triller”, bəziləri isə “baxmağa dəyər” adlandırıb. Digərləri bunu "darıxdırıcı" və "yavaş sürətli" kimi təsvir edib.

Bir sosial media istifadəçisi "Netflix-də “Brick” inanılmaz idi, onu çox tövsiyə edirəm" deyib. Digəri isə filmə 10 üzərindən 8 qiymət verərək, "O, dram, gerilim və gərginliyi uğurla birləşdirir" deyə tərifləyib.

“Brick”i hələ də Netflix-də izləmək mümkündür.