Almaniya 6 Biber tank körpüsünü Kiyevə təhvil verib

13:03 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Berlin Kiyevə altı Biber tank körpüsü təbəqəsi və səkkiz Zetros ağır yük maşını daxil olmaqla yeni avadanlıq partiyası təqdim edib.

TASS Almaniya hökumətinin dərc etdiyi və Kiyevə təhvil veriləcək silahların yenilənmiş siyahısına istinadən xəbər verir.

Keçən ilin iyulunda Almaniyanın o vaxtkı müdafiə naziri Kristin Lambrext Almaniyanın Ukraynaya 16 Biber tank körpüsü göndərəcəyini açıqlamışdı.

Sənəddə qeyd olunur ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il fevralın 20-dək Almaniya hökuməti 2,5 milyard avrodan artıq hərbi təyinatlı məhsulların ixracı üçün ayrıca icazələr verib.