Almaniya Slovakiyada Ukraynaya verilən silahların bərpası mərkəzi yaradacaq

17:21 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya Slovakiyada Ukraynaya tədarük edilən və ruslara qarşı mübarizədə istifadə olunan silahların təmiri üçün mərkəz yaradacaq.

Reuters yazır ki, Almaniyanın müdafiə naziri Kristina Lambrechtin sözlərinə görə, diqqət Almaniyanın Pzh 2000 haubitsalarında olacaq.

“Biz razılığa gəldik və dərhal işə başlaya bilərik ki, çatdırılan bütün texnika döyüş bitdikdən sonra təmir oluna bilsin.

Mərkəz təkcə silahların təmiri deyil, həm də texniki xidmət göstərəcək.

O, həmçinin əlavə edib ki, Almaniya Aİ-nin təlim missiyası çərçivəsində 5 minə yaxın ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.