Almaniya XİN Azərbaycan və Ermənistana çağırış etdi

12:57 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya münaqişənin dayanıqlı həlli üçün Azərbaycan və Ermənistanı öz səylərini gücləndirməyə çağırıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də bildirib.

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəs rejiminə tam riayət etməyə və hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq münaqişənin dayanıqlı həlli üçün öz səylərini gücləndirməyə çağırırıq”, - XİN rəsmisi qeyd edib.