Altı partiya YAP-a qoşulub

15:42 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Hafta.az-ın məlumatına görə, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi.

YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.