Yazını böyüt
Yazını kiçilt
İspaniyanın paytaxtı Madriddə hotel kimi istifadə olunması üçün yenidənqurma işlərinin aparıldığı altımərtəbəli binanın uçması nəticəsində dörd nəfər həyatını itirib.
Hafta.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Madridin meri Xose Luis Almeydanın sözlərinə görə, hadisə nəticəsində tikintidə işləyən üç nəfər - Ekvador, Mali və Qvineyadan olan miqrantlar, həmçinin layihənin baş memarı həlak olub. Cəsədlər hadisədən təxminən 15 saat sonra axtarış-xilasetmə əməliyyatı zamanı aşkarlanıb.
Şəhərin tikinti obyektləri üzrə reyestrinə əsasən, 1965-ci ildə inşa edilən bina 2012-ci və 2022-ci illərdə texniki baxışdan keçib və hər iki halda onun texniki vəziyyəti qənaətbəxş hesab olunmayıb.