“Amerika geri döndü” – Co Bayden

10:39 20.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”.

Hafta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, deyə ABŞ lideri vurğulayıb.

 

Bayden, həmçinin, ABŞ ilə Avropa arasındakı ittifaqın iki ölkə arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar" olduğunu  deyib.