ABŞ Nümayəndələr Palatasının Respublikaçı nümayəndəsi Mayk Turner NATO-nun Ankara Zirvəsində Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı aparılan müzakirələri "ümidverici" adlandırıb.
Hafta.az yazır ki, Turner bu sözləri “CBS News”un "Face the Nation" proqramında çıxışı zamanı söyləyib.
Türkiyənin F-35 proqramına qayıtma ehtimalı ilə bağlı suala Turner Türkiyə rəsmiləri və ABŞ Konqres üzvlərinin 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO Zirvəsi zamanı görüşdüyünü bildirərək deyib: "Bizə dediklərini açıqlaya bilmərəm, amma bu, ümidverici idi".
Türkiyənin F-35 proqramına yenidən daxil edilməsini "son dərəcə vacib" adlandıran Turner, "Türkiyə NATO-nun üzvüdür, çox güclü NATO üzvüdür. Onlar çox uğurlu zirvə görüşünə ev sahibliyi etdilər. Ümid edirəm ki, bu yolda davam edəcəklər və bunun bəhrəsini görəcəklər. Türkiyə həm də F-35 hissələrinin istehsalçısıdır. Buna görə də onların proqrama qayıtması çox vacib olardı" deyib.