Üç avtomobil toqquşdu, bir nəfər öldü

08:31 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az bölgə müxbiri xəbər verir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, üç avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində sürücülərdən biri – Şərifağa Əmənov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.