Amnistiya aktının icrası bu tarixdə yekunlaşacaq

13:26 11.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə icra ediləcək.

Hafta.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməməd Nuriyev 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən artıq şəxs azadlığa çıxıb: "Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər".