Ana və iki övladı dəm qazından zəhərləndi

18:29 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib. Trend-in yerli bürosunun xəbərinə görə, 45 yaşlı Qədirova Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm qazından boğulub.

Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.

 

Faktla bağlı araşdırma başladılıb.