ANAMA 18 ədəd minatəmizləyən maşın alıb

13:24 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olmuş ərazilərin havadan tədqiqatı üçün İngilltərənin "Arpies NRC" şirkəti ilə müqavilə imzalanıb.

Hafta.az-ın məlumatına görə, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir:

"Tədqiqatın nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır".

Sədr qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub.

 
Oxunma sayı 264