Anasının başını kəsib qazana qoydu - QAN DONDURAN CİNAYƏT

10:42 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Anasını bıçaqlayaraq öldürdükdən sonra başını kəsib qazana qoyan, ayaq ətlərini sümüklərindən ayıran qatil haqqında yeni məlumatlar əldə edilib.

Hafta.az xəbər verir ki, İstanbulda 35 yaşında qızı Tuğçə Sayınla birgə yaşayan 67 yaşındakı Sevilay Palabıyıka zəng çatmadığını görən qonşuları durumu polisə bildiriblər. Evə gələn polislərə qapını açan qızı Tuğçə anasının evdən çıxıb getdiyini söyləsə də polis salonda qan izlərini görüb evə daxil olub.

Qarşılaşdıqları mənzərə qarşısında şoka uğrayan polislər mərhumun qatil qızını həbs ediblər. Salonun ortasında Sevilay Palabıyıkın başsız bədəni olub. Ayaqlarının isə əti sümüklərindən ayrılaraq başqa bir qaba yığılıb. 

İstintaq nəticəsində Tuğçənin anasını öldürmək üçün bir neçə gün əvvəl satır və balta aldığı aşkarlanıb. Bu səbəbdən cinayətin daha əvvəldən planlaşdırıldığı ehtimalı üzərində dayanılır.

Bir neçə həftə əvvəl anasının qızından polisə şikayət etdiyi də aşkarlanıb. İfadəsində qızı Sevilayın ona hücum etdiyini əsas gətirərək anasını öldürmədiyini iddia edib.