Moskvada keçirilən finalda "Miss Rusiya 2025" tituluna Moskva vilayətindən olan Anastasiya Venza layiq görülüb.
Hafta.az-ın yazdığına görə, final VKontakte-də canlı yayımlanıb. 22 yaşlı Venza bir milyon rubl pul mükafatı və Rusiyanı Miss Universe səhnəsində təmsil etmək hüququ qazanaraq ölkənin ən gözəl qızı seçilib.
Birinci yeri Venza, ikinci yeri Kerçdən Alena Lesnyak, üçüncü yeri isə Leninqrad vilayətinin Sestroretsk şəhərindən Viktoriya Makarova tutub.
Bu il 90 mindən çox müraciət daxil olub və finalda 50 gənc qadın mübarizə aparıb.
Miss Russia 2025-in tacı məşhur zərgərlik brendi “Mercury” tərəfindən hazırlanıb.
Anastasiya Venza noyabrda Tailandda keçiriləcək “Kainat gözəli” müsabiqəsində Rusiyanı təmsil edəcək. Yarış təşkilatçıları bu il müraciətlərin xüsusilə çox olduğunu və finalçıların ölkənin müxtəlif bölgələrindən gəldiyini vurğulayıblar.