Yazını böyüt
Yazını kiçilt
Sentyabrın 27-də Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad ediləcək.
Hafta.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.