Ankaradakı mənbə: “Riskləri gözardı etmək olmaz”

09:10 09.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin dövlət banklarından birindəki mənbə RİA Novosti-yə bildirib ki, Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı mövcud problemlər Ankara ilə Moskva arasında enerji əməkdaşlığına hələlik təsir etməyib, lakin riskləri göz ardı etmək olmaz.

Hafta.az-ın yazdığına görə, Türkiyə rəsmisi "Bunlar dövlət səviyyəli layihələrdir, həmişəki kimi həyata keçirilir. İndiyə qədər heç bir problem eşitməmişik, xüsusən də dövlət layihələrində. Lakin bank sisteminə əsaslanan risklər həmişə var" deyib.

Eyni mənbə rusiyalı turistlərin yay mövsümündə Türkiyədə istirahət üçün ödəniş etməkdə problem yaşamamasını gözlədiyini və sektorun banklarla təmasda olduğunu bildirib.

Türk bankir "Mövsüm yaxınlaşır, sektor ənənəvi olaraq çox sayda rus turistin gəlməsini gözləyir. Sektorla bağlı problemlər müzakirə olundu, onların təklifləri dinlənildi. Problemlərin yaşanmaması üçün hər şey ediləcək, Turizm sektoru bizimlə əlaqə saxlayır” deyib.

Oxunma sayı 210