Antalya Hava Limanı rekord qırdı: bir gündə 200 minədək sərnişin daşındı

09:25 24.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Antalyada 9 günlük Qurban bayramında böyük aktivlik yaşanıb. Son 10 ilin ən sıx tətilini keçirən şəhərdə bütün obyektlər yüzdə 100 doluluq səviyyəsinə çatıb. Sıxlıq Antalya Hava Limanına da əks olunub. Dünən 1175 təyyarə yerə enib qalxıb, 199751 sərnişinə xidmət göstərilib.

Hafta.az-ın yazdığına görə, rəqəmləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu paylaşıb. Uraloğlunun verdiyi məlumata görə, dünən (22 iyun şənbə günü) Antalya hava limanına 1175 təyyarə enib və havaya qalxıb. Cəmi 199751 sərnişinə xidmət göstərilib.

Məlumata görə, əvvəllər hər 74 saniyədən bir təyyarə Antalya hava limanına qalxıb enirdisə, dünən bu 73 saniyəyə enib.

Antalya son 10 ilin ən sıx tətilini yaşayıb. Obyektlər tam dolu olarkən, bu müddət ərzində şəhərə 5 milyona yaxın xarici turist gəlib.