Antalyadan yeni turizm rekordu

09:10 05.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, ilin ilk 5 ayında Antalyaya gələn ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 16,26 faiz artıb.

Hafta.az-ın yazdığına görə, turizmdə bütün zamanların ən yaxşı başlanğıcı rekordunu yeniləyən Antalya, ilk 5 ayda 3 milyon 959 min 267 ziyarətçi qəbul edib.

Almaniya ilin ilk 5 ayında Antalyaya ən çox turist göndərən ölkələr arasında birinciliyini qoruyub. Antalyaya 974272 turist göndərən Almaniya birinci, 857862 ziyarətçi göndərən Rusiya ikinci, 451341 turist göndərən İngiltərə üçüncü sırada yer alıb.

Bu ölkələri müvafiq olaraq Polşa, Niderland, Qazaxıstan, Ukrayna, Litva, Belçika və Fransa izləyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əsas bazar ölkələrindən gələnlərin sayı Almaniyada 18 faiz, Rusiyada 9 faiz, İngiltərədə 28 faiz, Polşada 35 faiz, Niderlandda 16 faiz, Qazaxıstanda 12 faiz, Ukraynada 59 faiz, Belçika 12 faiz və Fransa 39 faiz artıb.

Dənizi, qumu, günəşi, tarixi və təbii gözəllikləri, mədəni strukturları və qədim şəhərləri ilə yerli və xarici ziyarətçilərin diqqət mərkəzində olan Antalya may ayında ziyarətçi sayında rekord qırıb.

Bu ilin may ayında Antalyaya gələnlərin sayı əvvəlki ilin eyni ayına görə yüzdə 18,72 artaraq 1 milyon 892 min 302 nəfərə çatıb.

Rusiya may ayında şəhərə ən çox turist göndərən ölkələr arasında birinci olub. Antalyaya 491078 ziyarətçi göndərən Rusiya Almaniyanı qabaqlayıb.

Almaniya 434609 ziyarətçi ilə ikinci, İngiltərə isə 185221 ziyarətçi ilə üçüncü yerdədir.

Keçən ay İngiltərədən sonra Antalyaya ən çox ziyarətçi göndərən ölkələr arasında Polşa, Niderland, Qazaxıstan, Ukrayna, Litva, Rumıniya və Belarus olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə may ayında əsas bazar ölkələri arasında Rusiya 26 faiz, Almaniya 14 faiz, İngiltərə 23 faiz, Polşa və Niderland 38 faiz, Qazaxıstan 11 faiz, Ukrayna 66 faiz, Belarus 36 faiz, Rumıniya 45 faiz daha çox turist göndərib.