Aqrar Sığorta Fondunun xeyrinə verilmiş veksellərin müddəti artırıldı

15:19 30.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti "Aqrar Sığorta Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" 1 oktyabr 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Hafta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin fondun nizamnamə kapitalının ödənilməsi məqsədilə qurumun xeyrinə verdiyi 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksellərin müddəti 5 ildən 10 ilə çatdırılıb.