Argentina səfiri Bakı Kitab Mərkəzində olub

15:10 06.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella bu gün Bakı Kitab Mərkəzini ziyarət edib.

Hafta.az-ın yazdığına görə, görüşdə Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva argentinalı diplomata müəssisənin tarixi və yerləşdiyi simvolik binanın transformasiyası barəsində geniş məlumat verib.

Tərəflər bu ecazkar məkanda Azərbaycan ictimaiyyətini Argentina ədəbiyyatı və incəsənəti ilə yaxından tanış etmək üçün gələcək layihələrə dair müzakirələr aparıblar.