Arif Quliyev ECMO cihazına qoşuldu

21:00 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

 

Hafta.az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

 

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

 

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

 

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Oxunma sayı 160