Artıq çəki insan ömrünü azaldır - Əhliman Əmiraslanov

16:49 08.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq çəki təkcə səhiyyənin yox, ümumilikdə cəmiyyətimizin çox ciddi problemidir.

Hafta.az-ın məlumatına görə, bununla bağlı  “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatı mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün dərmanların keyfiyyəti də cəmiyyətimizi narahat edir:

"Artıq çəki dünyada kifayət qədər ciddi problemə çevrilib və Azərbaycanda da öz təsirini göstərməkdədir. Artıq çəki bir sıra xəstəliklərə səbəb olur. Bir məqamı qeyd edim k, 2020-ci ildə şəkərli diabet xəstələrinin sayı 250 minə yaxın idisə, ötən il bu rəqəm 310 minə yaxın olub. Bunlar sadəcə qeydiyyatda olan xəstələrdir".

Oxunma sayı 1458