Yazını böyüt
Yazını kiçilt
Tehranda yerləşən Rüdəki salonunda keçirilən 41-ci Fəcr Musiqi Festivalının üçüncü günündə bölgə musiqiləri təqdim olunub.
Hafta.az yazır ki, konsertdə “Aşıqlar Rahab” qrupunun üzvləri Azərbaycan milli geyimi və aşıq formalarında səhnəyə çıxıblar. İfa zamanı qopuz, dairə, balaban, qoşa nağara, nağara alətləri və bir xanəndə iştirak edib.
Proqram çərçivəsində “Sarı gəlin”, “Küçələrə su səpmişəm” və “Lalələr” kimi Azərbaycan folklor və xalq mahnıları səsləndirilib. İfalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.