Astara sərhəd keçid məntəqəsi İrana səfər üçün açıqdır

22:35 15.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfirliyi müalicə üçün Astara sərhəd keçid məntəqəsi vasitəsilə İrana getmək istəyən Azərbaycan vətəndaşlarının giriş və çıxış prosesində heç bir dəyişiklik olmadığını bildirib.

Hafta.az-ın yazdığına görə, bu barədə Səfirliyin yaydığı açıqlamada deyilir. Bildirilir ki, müraciət edənlər, Azərbaycandakı müvafiq qurumlardan lazımi icazələri aldıqları təqdirdə, İranın Səfirliyinin konsulluq şöbəsinə müraciət edə, lazımi koordinasiyadan sonra mövcud prosedura uyğun olaraq İran ərazisinə daxil ola bilərlər.

Oxunma sayı 891
Siyasət rubrikasından digər xəbərlər