ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edəcək 

15:43 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 4-dən 8-dək Haaqada ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası keçiriləcək.

Assambleyanın iyulun 8-də keçiriləcək sessiyasında Gürcüstanla bağlı tənqidi fikirləri özündə əks etdirən "Haaqa Bəyannaməsi" qəbul ediləcək.

Hafta.az xəbər verir ki, bu barədə məlumat ATƏT Parlament Assambleyasının saytında yerləşdirilib.

"Gürcüstanda seçki dürüstlüyünün və fundamental azadlıqların qorunması" qətnaməsinin əsas sponsoru amerikalı konqresmen Co Vilsondur./azertac/