AVRO-2024-ün ilk matçının hakimləri bəlli olub

18:00 12.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AVRO-2024-ün açılış matçını idarə edəcək hakimlər bəlli olub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, ev sahibi Almaniyanın Şotlandiya ilə qarşılaşması fransalı baş hakim Kleman Tyurpenə həvalə edilib.

Ona Nikolya Dano və Benjamin Paje köməklik edəcəklər. VAR-a rəhbərlik isə Jerom Brisara tapşırılıb.

 

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də saat 23:00-da start götürəcək.

Oxunma sayı 147