Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir

16:14 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.

Hafta.az-ın məlumatına görə, bu barədə T.Klaar öz "Twitter" səhifəsində bildirib.

O qeyd edib ki, Cənubi Qafqaza səfəri çərçivəsində Bakı, Tbilisi və Yerevanda görüşlər keçirəcək: "Aİ Cənubi Qafqazda sabitlik və rifahın təmin olunması üçün öz tərəfdaşları ilə işlərini davam etdirməyə sadiqdir".

Qeyd edək ki, Toyvo Klaar sonuncu dəfə cari ilin sentyabr ayında Azərbaycana səfər edib. O, sentyabrın 17-də işğaldan azad olunan Ağdam şəhərində olub.

Oxunma sayı 25
Siyasət rubrikasından digər xəbərlər