Avropa çempionatında Azərbaycanın minifutbol millisi finala yüksəlib

21:50 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Hafta.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. 

Avropa çempionatı
Yarımfinal-10 iyun

Azərbaycan - Qazaxıstan - 3:2

Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 - Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20