Avropa daha fəal olmalıdır - Abutalıb Səmədov

13:40 05.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya-Ukrayna müharibəsi ərəfəsində Rusiya Avropaya 155 milyard kub metr qaz satırdı. İndi bu rəqəm 55-60 milyard kub metr səviyyəsində düşüb və burada Avropanın yardımına güvəndiyi ölkələrdən biri Azərbaycandır”.

Bunu hafta.az-a siyasi icmalçı Abutalıb Səmədov bildirib. Qeyd edib ki, Avropanın Rusiya qazından imtina xətti götürməsindən sonra onu əvəz edəcək ölkələr içərisində Azərbaycan kifayət qədər mühüm mövqe tutur.

“Azərbaycan dəfələrlə bəyan edib ki, qaz hasilatını artırmaq imkanları daha böyükdür. Amma bunun üçün real sifarişlər olmalıdır. İnvestorlar TANAP və TAP qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün bu işdə aktiv iştirak etməlidirlər”.

A.Səmədov qeyd edib ki, Avropa hələlik arzuolunan fəallığı göstərmir və bu, dəfələrlə Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında müzakirə olunub.