Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq

19:38 12.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Insan Haqları Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Avropa Insan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Azərbaycanın Ermənistana qarşı insan hüquqlarının pozulması ittihamı ilə bağlı şikayətinə baxılması haqqında qərar qəbul olunub.

"Avropa insan Haqları Məhkəməsinin palatasına daxil olan Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayəti Məhkəmənin Böyük palatasının yurisdiksiyasına qəbul olunub", - deyə məlumatda bildirilib.