Avropa İttifaqının (Aİ) üzvü olan 19 ölkənin rəsmi məlumatına əsasən 200 milyon dozadan çox istifadəsiz qalmış “Covid-19” peyvəndi məhv edilib.
Hafta.az-ın “Politico”ya istinadən yazdığına görə, Aİ-yə üzv dövlətlər hər bir vətəndaş üçün orta hesabla 0,7 doza peyvəndi atdığı halda, bu orta tullantı nisbəti, Aİ-nin qalan hissəsində əks olunduqda, 312 milyon dozadan çox peyvəndin məhvi deməkdir.
Boşa buraxılan peyvəndlərin sayı ölkələrin böyüklüyü ilə düz mütənasib olsa da, Almaniyada 83 milyon, Lüksemburqda isə 474 min doza atılıb.
Əhali nisbəti nəzərə alındıqda, Litva 2 milyondan çox doza ilə adambaşına ən çox, İrlandiya isə 850 min doza ilə ən az peyvənd israf edən ölkə olub.
Məhv edilmiş vaksinlərin təxminən 4 milyard avro dəyərinin Xorvatiyanın illik səhiyyə xərclərinə bərabər olduğu və real rəqəmin daha çox ola biləcəyi vurğulanıb.
“Politico” məlumat tələb etdiyi 19 ölkədən yalnız 15-dən cavab aldığına və 4 ölkəyə aid məlumatların yerli mətbuatdan öyrəndiyinə diqqət çəkərək, peyvəndin neçə dozasını dəqiq müəyyənləşdirməyin asan olmadığını qeyd edib.
Sözügedən vaksinlərin əksəriyyətinin “Covid-19” epidemiyasının pik həddə çatdığı 2021-ci ildə və Aİ-nin “Pfizer” və “BioNTech” şirkətləri ilə imzaladığı 1,1 milyard dozalıq müqavilə ilə alındığı vurğulanıb.
Eyni dövrdə Qərb ölkələrinin artıqlaması ilə satın aldığı peyvəndlərin, bu cür peyvəndlərə əli çatmayan və ya məhdud çıxışı olan bir çox ölkəyə, xüsusən də Afrikaya bağışlanma səyləri “azalan tələb və logistika problemləri” səbəbiylə əngəllənib.
Polşa və Macarıstan, ölkədə kifayət qədər peyvənd olduğu üçün edilən razılaşmaya baxmayaraq peyvənd qəbulunu dayandırsa da, “Pfizer” tərəfindən ödəniş edilmədiyi üçün açılan iddia davam edir.
Rumıniyada prokurorlar həddindən artıq peyvənd alışının dövlətə 1 milyard avrodan çox ziyan vurduğunu iddia edərək, keçmiş baş nazir və iki keçmiş səhiyyə nazirinin toxunulmazlığının götürülməsini istəyir.
Bütün bu müzakirələr davam edərkən, Aİ ölkələri “Pfizer”lə edilən razılaşmaya görə ən azı 2027-ci ilə qədər peyvənd almağa davam edəcəyi üçün sözügedən tullantıların bu müddət ərzində artacağı bildirilir.