Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

17:46 29.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Politico" rəsmilər arasında məlumatlı mənbələrə istinadən yazır ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni - doqquzuncu sanksiyalar paketinin hazırlanması ilə bağlı həftənin sonuna qədər Aİ ölkələri ilə danışıqlara başlaya bilər.

Rəsmilərin sözlərinə görə, komissiya bu həftə Aİ ölkələri ilə yeni sanksiyalar paketinə daxil ediləcək məhdudlaşdırıcı tədbirlərlə bağlı danışıqlara başlamağa hazırdır. Qəzet qeyd edir ki, Brüsselin belə bir addımı Varşavaya güzəştdir və o, “Rusiya neftinin qiymətinin tavanını” Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketi ilə əlaqələndirməyi xahiş edir.

Qəzetin yazdığına görə, Aİ danışıqları ərəfəsində Rusiya neftinə konkret limit qoyulması ilə bağlı danışıqları bərpa ediblər. Blok nəticələri keçən həftə açıqlamalı idi, lakin heç bir razılıq əldə olunmayıb.

Oxunma sayı 1632
Dünya rubrikasından digər xəbərlər