Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa Parlamentinin sədr müavini Eva Kayliyə qarşı hazırda Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiyada ittihamlar böyük narahatlıq doğurur. Hafta.az xəbər verir ki, bunu fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
AK rəhbəri bu hadisəni Avropa İttifaqı institutlarına etimad məsələsi adlandıraraq, “Avropa Parlamentinin sədr müavininə qarşı korrupsiya ittihamlarının çox ciddi olduğunu” vurğulayıb.
“Onlar böyük narahatlıq yaradır, insanların Avropa institutlarına inamını şübhə altına alır. Bizə ən yüksək standartlar lazımdır. Bizə bütün Aİ institutları ilə işləyəcək etik nəzarət strukturlarına ehtiyacımız var”, - deyə o bildirib.
Bundan əvvəl Yunanıstanlı siyasətçi Eva Kailinin şübhəli hesab edildiyi antikorrupsiya araşdırması ilə əlaqədar Avropa Parlamentinin sədr müavini vəzifəsindən məhrum edildiyi bildirilib.
La Liqanın prezidenti Xavyer Tebas dünya çempionatına ev sahibliyi edəcək ölkə kimi Qətərin seçilməsində korrupsiya əlamətləri görüb.