Qonşuluq və genişlənmə məsələlərinə cavabdeh olan Macarıstandan olan Avropa komissarı Oliver Varhei zalda olan Avropa Parlamentinin deputatlarını daxil olan mikrofona fikir verməyərək axmaq adlandırıb. Bu barədə “Politico” yazır.
"Daha nə qədər axmaq qalıb?" Varhei bildirib.
Onun şərhlərindən sonra Avropa Parlamenti üzvləri Avropa komissarının istefasını, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin reaksiyasını tələb ediblər.
Varheinin işçiləri ilə münasibətdə kobud məmur kimi reputasiyaya malik olduğu qeyd edilir. Bundan əlavə, o, Bosniya və Herseqovinada serb millətçilərini dəstəkləməkdə təqsirli bilinib.
Daha sonra Avropa komissarı üzr istəyib.
"Mənim şərhimlə bağlı anlaşılmazlığa görə səmimi qəlbdən təəssüflənirəm" deyib.
Varheyi qeyd edib ki, onun bu açıqlaması onunla kabinet rəhbəri arasında "tamamilə kənar bir mövzuda və kontekstdən kənara çıxan" macar dilində şəxsi söhbətlə bağlıdır.
Politico yazır ki, macar rəsminin üzr istəməsi Avropa Parlamentinin üzvlərini qane etməyib və onlar hələ də onun istefasını tələb etmək niyyətindədirlər.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto Avropa Parlamentinin (AP) dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, bir qayda olaraq, bu qurumun qəbul etdiyi bütün qətnamələr zərərinə işləyir, heç bir faydası yoxdur.