Ötən mövsüm Avropa futbolunda 16 klub ev matçlarında 1 milyon tamaşaçı həddini keçib. Xüsusən də orta tamaşaçı sayına görə Dortmund “Borussiya”sı birinci olub.
Hafta.az-ın yazdığına görə, UEFA ötən mövsüm Avropa futbolunun tamaşaçı sayı ilə bağlı hesabatını açıqlayıb. Bundesliqa təmsilçisi “Borussia Dortmund” hər matça 81305 tamaşaçı ilə liqa matçlarında ən yüksək orta göstəriciyə nail olan komanda olub.
Ötən mövsüm Premyer Liqada tarixinin ən pis çıxışlarından birinə sahib olan "Mançester Yunayted" buna baxmayaraq, öz ev matçlarında Avropada ən çox tamaşaçı sayına çatıb. Old Trafford-da keçirilən liqa matçlarına cəmi 1milyon 397 min 148 adam qatılıb.
“Borussiya Dortmund” bütün kuboklar da daxil olmaqla, tamaşaçı sayına görə liderlik etdiyi halda, Avropanın ümumilikdə 16 klubu öz ev matçlarında 1 milyon tamaşaçı həddini keçib.
Ötən mövsüm Avropa futbolunda ən çox tamaşaçı toplayan 10 stadion aşağıdakı kimidir:
1. Signal İduna Park – “Borussia Dortmund” (1 milyon 951 min 745 azarkeş).
2. San Siro – “Milan” (1 milyon 860 min 825 azarkeş).
3. Old Trafford – “Mançester Yunayted” (1 milyon 834 min 291 azarkeş).
4. Santiago Bernabeu – “Real Madrid” (1 milyon 805 min 825 azarkeş).
5. Giuseppe Meazza- “İnter” (1 milyon 728 min 562 azarkeş).
6. Allianz Arena – “Bayern Munich” (1 milyon 725 min azarkeş).
7. Olimpiya Stadionu – “Roma” (1 milyon 689 min 173 azarkeş).
8. Civitas Metropolitano – “Atletico Madrid” (1 milyon 642 min 17 azarkeş).
9. Anfield – “Liverpul” (1 milyon 608 min 368 azarkeş).
10. London Stadionu – “West Ham United” (1 milyon 572 min 997 azarkeş).