Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında Avrozonada inflyasiyanın yüksəlişi müşahidə olunur.
Hafta.az bildirir ki, bunu Eurostat-ın məlumatları sübut edir.
Belə ki, Avrozona ölkələrində avqustda inflyasiya illik ifadədə 9,1% artıb ki, bu da bütün müşahidələr zamanı ən yüksək göstərici olub.
İyulda avro zonasında inflyasiya 8,9% təşkil edib.
İnflyasiya Avropa Mərkəzi Bankının hədəfindən (2%) 4,5 dəfə çoxdur.
Ərzaq, alkoqol və tütün məmulatlarının qiymətləri 10,6% (iyulda 9,8% ilə müqayisədə sürətlənmə), sənaye məhsulları 5,1% (iyulda 4,5%), xidmətlər 3,8% (iyulda 3,7%) bahalaşıb.
Eurostatın məlumatına görə, enerji resursları 2021-ci ilin avqust ayı ilə müqayisədə 38,6% artımla ən böyük qiymət artımını göstərib. Lakin onların qiymət artımı iyul ayı ilə müqayisədə səngiyib (39,6%).
Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri avqustda illik ifadədə 4,3% artıb, iyulda 4% olub.
Bütövlükdə Avropa İttifaqında avqustda inflyasiya iyuldakı 9,8%-dən illik ifadədə 10,1%-ə qədər sürətləndi.
Aİ-də ən yüksək inflyasiya Estoniya (25,2%), Latviya (21,4%) və Litvada (21,1%) qeydə alınıb.
Ən aşağı göstərici Fransa (6,6%), Malta (7%) və Finlandiyadadır (7,9%).