Avropanın ən böyük iqtisadiyyatları ilə bağlı bədbin proqnoz

19:37 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avrozonanın ən böyük iqtisadiyyatları sentyabr ayında biznes fəallığına yeni zərbə ilə üzləşib. Bu barədə Bloomberg S&P Global-ın məlumatlarına istinadən yazır.

Almaniya və Fransada işgüzar aktivlik indeksi (PMI) əsas səviyyə olan 50 bəndin altına düşüb və bu, iqtisadiyyatın daraldığını göstərir.

Almaniyanın kompozit PMI göstəricisi 47,2 bəndədək azalaraq yeddi ayın ən aşağı səviyyəsidir. Fransada bu göstərici avqustda 53,1-dən 47,4-ə düşüb ki, bu da analitiklərin proqnozlarından xeyli aşağıdır.

“Sorğuda iştirak edən şirkətlər müştərilər arasında ehtiyatlılığın artdığını və bununla bağlı sərmayə qoyuluşunda tənbəlliyin artdığını qeyd edirlər. İqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıq faktor kimi göstərilir”, - S&P Global bildirib.

Avro bu məlumatlara enişlə cavab verərək 1,1106 dollara ticarət edib. Almaniyanın 10 illik istiqrazlarının faizləri dörd baza bəndi azalıb.

Əsas problem sahəsi Bundesbankın mülayim tənəzzül ehtimalı barədə xəbərdarlıq etdiyi Almaniyadır. Ölkənin istehsal sektoru zəif tələbatdan əziyyət çəkir və bu, zavodların bağlanmasına səbəb ola bilər. Almaniyanın istehsalat PMI göstəricisi bir ilin ən aşağı səviyyəsinə düşüb.

Hamburq Kommersiya Bankının baş iqtisadçısı Cyrus de la Rubia, "İstehsal sektorundakı azalma daha da pisləşərək, sürətli bərpa ümidlərini azaldıb" deyib.

Fransa, öz növbəsində, Paris Olimpiadasından gözlənilməz artımdan sonra xidmət sektorunda aktivlikdə kəskin azalma müşahidə etdi. Sektorun indeksi avqustda 55-dən 48,3-ə düşüb.

Ləman