Avropaya qaz tədarükü 40 faiz artırılır

14:27 22.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq.

Hafta.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransında deyib.

"Əgər keçən il tədarükün həcmi 8,2 milyard kubmetr təşkil edirdisə, bu il tədarük 40 faiz artaraq, demək olar ki, 11,5 milyard kubmetrə çatacaq. Bu o deməkdir ki, biz təbii qazın nəqlini təmin etmək üçün mümkün olan hər şeyi edirik", - nazir çıxışında bildirib.

Oxunma sayı 1597