“Avroviziya-2021”in qalibi İtaliya oldu - VİDEO

09:00 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderlandın Roterdam şəhərinin "Rotterdam Ahoy" arenasında 65-ci "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Hafta.az-ın məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin qalibi "Zitti E Buoni" mahnısını ifa edən İtaliyanı təmsil edən "Måneskin" rok-qrupu olub.

Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Fransa təmsilçisi, üçüncü yeri isə İsveçrə təmsilçisi tutublar.

Azərbaycan təmsilçisi Samirə Əfəndi finalda 21 nömrə altında çıxış edib və 20-ci yerdə qərarlaşıb.