Yazını böyüt
Yazını kiçilt
Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S.Mustafayevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.