Avtomobil traktorla toqquşub, ölən var

14:39 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Biləsuvar rayonu ərazisində Kavdar kənd sakini Z.Fehruzlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Tinli kənd sakini H.Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora vurub. Nəticədə Z.Fehruzlunun sərnişini Yadigar Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.