Avtomobilləri qarət edən Salyan sakini ələ keçdi

17:49 08.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4 avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Miriyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisində 4 avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Miriyev saxlanılıb.