AvtoVAZ ilk elektrikli “Niva”nı təqdim etdi

09:10 07.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük avtomobil istehsalçısı AvtoVaz ən çox satılan modellərindən olan Lada Niva-nın elektrikli versiyasını təqdim edib.

Hafta.az-ın yazdığına görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Lada Niva Travel-in elektrik variantı olan “e-Niva” konsept avtomobili təqdim edilib.

"Avtomobil özünü maraqlı şəkildə göstərdi: 100 km/saata 10 saniyədən az müddətdə çatdı. Bu, “Niva” üçün çox yaxşı nəticədir. Ola bilsin ki, biz nədənsə istifadə edə bilərik, amma hələlik bu, inkişaf işidir", - AvtoVAZ məhsul marketinqi Sergey Kornienko bildirib.

Daha əvvəl bildirilmişdi ki, AvtoVAZ ilin əvvəlindən “Lada” avtomobillərinin istehsalını 66 faiz artırıb.

May ayının əvvəlindən bəzi modellərdə qiymətlər də yüksəlib.

Beləliklə, “Niva Travel”in dəyəri indi 1,25 milyon rubl (23822 manat) təşkil edir. Elektrikli versiya hələ də prototipdir və onun nə vaxt kütləvi istehsala keçəcəyi hələ məlum deyil.