Ayı toy məclisinə gəldi və masalardakı bütün şirniyyatları yedi - VİDEO

16:27 10.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da Koloradodan olan cütlüyün toyuna ayı da təşrif buyurub.

Hafta.az xəbər verir ki, bu barədə “UPI” nəşri məlumat yayıb.

Keylin MakRossi-Martinez və Brandon Martinez toyları zamanı baş verən "sürpriz"dən danışıblar.

"Mərasimin ortasında başımıza leysan yağdı; biz və bütün qonaqlarımız  tamam islandıq. Amma bu, heyrətamiz idi"- deyə gəlin “KUSA-TV”-yə müsahibəsində bildirib.

Lakin “gözlənilməz hədiyyələr” bununla bitməyib. Növbəti sürpriz qonaqların qəbulu zamanı baş verib. O zaman haradansa bir ayı peyda olub və bütün desertləri yeməyə başlayıb.

"Belə şey tez-tez olmur ki, sən desert masasına yaxınlaşırsan və görürsən ki, onun üstünə çıxmış ayı hər şeyi yeyir", -deyib Martinez.

MakRossi-Martinezin sözlərinə görə, nəticədə "mükəmməl bir Kolorado toyu" baş tutub...