AYNA gömrük-keçid məntəqələrində gözləyən yük maşınlarının sayını açıqlayıb

22:11 24.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

AYNA-dan hafta.az-a bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 7, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 998, “Mazımqara” gömrük postunda 24, “Samur” gömrük postunda 5 və “Xanoba” gömrük postunda 4 yük maşını var.